Donald Tramp: “Yanğının əsas səbəbi Bayden ilə Kaliforniya qubernatoru Gavin Newsomun səriştəsizliyi və yanlış idarəçiliyidir”
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində güclü küləyin təsiri ilə yayılan meşə yanğını nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib.
Medianews.az xəbər verir ki, 100 mindən çox insanın təxliyəsi ilə bağlı əmrin verildiyi bölgədə on minlərlə yaşayış məntəqəsinə elektrik verilmir, məktəblər bağlanıb.
Dünyanın super gücü bu yanğın qarşısında niyə acizdir?
Dünyanın supergücü adlandırılan ABŞ-nin yanğına nəzarət edə bilməməsinin ən böyük səbəbi güclü fırtınadır. Bölgədə çəkilən bu görüntü küləyin alovu necə artırdığını ortaya çıxarıb.
Los Anceles Şəhər Şurasının sədri Markue Haris-Davson ən qorxulu gecəni yaşadıqlarını söyləyib.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sosial media hesabında Los-Ancelesdəki yanğınların “Bayden və Kaliforniya qubernatoru Gavin Newsomun səriştəsizliyi və yanlış idarəçiliyi” səbəbindən baş verdiyini iddia edib.
AFP xəbər agentliyinin bölgədən verdiyi son məlumata görə, güclü küləyin təsiri ilə ətrafa yayılan alov nəzarət altına alına bilmir. Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Antoni Maron agentliyə verdiyi açıqlamada, komandalarının fəlakətin miqyası və sürəti ilə mübarizə aparmaqda çətinlik çəkdiyini ifadə edib.
“Biz əlimizdən gələni edirik, lakin kifayət qədər yanğınsöndürən personalımız yoxdur”,-deyə Antoni Maron bildirib.
Medianews.az