EN

Kriptovalyutalara yatırım edərkən nələrə diqqət etmək lazımdır?

Ekspert kriptovalyutalara yatırım etmək istəyən şəxslərin diqqət etməli olduğu vacib məqamları açıqlayıb.

Bu günün iqtisadi dünyasında pul sistemləri çox vaxt korrupsiya və qeyri-sabitliklə əlaqələndirilir. Lakin 2008-ci ildə ortaya çıxan “Bitcoin”, bu ənənəvi problemlərin qarşısını almağa və daha şəffaf, təhlükəsiz bir alternativ yaratmağa çalışdı. Bu sistem, istifadəçilərə banklara və hökumətə ehtiyac olmadan, bir-birinə birbaşa və təhlükəsiz şəkildə pul göndərmə imkanı verdi.

Bəs kriptovalyulalar az müddətdə necə bu qədər şöhrət qazandı?

Kriptovalyuta bir şəxsdən digərinə birbaşa, yəni banka və ya hökumətin təsiri olmadan göndərilə bilən bir pul növüdür. Onun ən fərqli cəhəti isə kağız pullar kimi saxta versiyalarının yaradılıb sistemə əlavə edilə bilməməsidir. Çünki hər bir valyutanın blokçeyn adlanan açıq sənədi mövcuddur. Əgər hansısa formada sistemə saxta blokçeynə əlavə edilərsə, şəbəkə dərhal onu təyin edərək sistemdən çıxara bilir. Bu xüsusiyyət kripto valyutanı cinayətlərdən və hətta hökumətin müdaxiləsindən qorunmasını təmin edir.

Kripto pulların başqa üstünlüyü isə kağız pul və qəpiklər kimi sonsuz sayda istehsal oluna bilməməsidir. Misal üçün ən məşhur kripto valyuta olan “Bitcoin”in təchizatı yalnız 21 milyonla məhdudlaşdırılıb və bu, inflyasiya riskini azaldır. 

Lakin, kriptovalyutaların istifadəsi ilə bağlı müəyyən mənfi cəhətlər də mövcuddur. Həmçinin, kriptovalyutalar hələ də bir çox ölkələrdə hüquqi çərçivələrdən kənarda fəaliyyət göstərir və bu, onlara olan etibarı azaldır. 

Mövzu ilə bağlı “Operativ Media”nın suallarını cavanlandıran kripto təlimçi Xətai Avılzadə bildirib ki, Kripto valyutanın müsbət cəhətlərindən biri kommisiyadır:

“Kripto sahəsi son illər çox sürətlə inkişaf edir. Çünki kripto valyutanın müsbət tərəfləri çoxdur. Buna ilkin səbəb bank sistemləri və kommisiyadır. Misal üçün bankda pul köçürmə əməliyyatı zamanı 1000 dollar qarşılığında təqribi 100 dollar komissiya ödəmək lazımdırsa, kripto valyuta isə həmin 1000 dollar üçün cəmi bir dollar komissiya ödəmək lazım gəlir. 

Kriptonun ən böyük ikinci üstünlüyü inflyasiyaya qarşı dözümdür. Misal üçün 10 il əvvəl bankda və ya xüsusi seyfdə saxlanılan 100 dollar və 100 dollarlıq kriptovalyuta bu gün fərqli qiymətlərdədir.

100 dollar olduğu kimi qaldığı halda 100 dollarlıq kripto pul 100 min dollar dəyəri qazana bilər. Çünki bu pulların qiyməti artır və gələcəkdə də artacaq. Amma inflyasiya onu deyir ki, siz bir il əvvəl 100  dollar, yaxud 100 manata aldığınız məhsulları bu gün eyni məbləğlə əldə edə bilməzsiz.
Bir digər üstünlük isə kripto valyutanın sadəcə sahibinə aid olmasıdır. Bu o deməkdir ki, kriptovalyutanıza ikinci, üçüncü şəxslər heç vaxt müdaxilə edə bilməz, kiməsə göndərə, yaxud da sizin yerinizə sata bilməz”. 

Ekspert kriptovalyutanın mənfi xüsusiyyətlərini də dilə gətirib:

Kriptonun mənfi tərəflərindən biri bu sahədə çox volatillik olmasıdır. Yəni kripto bazarında qiymət saniyələr ərzində artıb-azala bilir. Təcrübəsi, biliyi olmayan insanlar burada öz büdcələrini itirə bilərlər. 

Digər bir mənfi xüsusiyyət isə şifrələrin itirilməsidir. Unudulan şifrələrlə birlikdə insanlar öz pullarını birdəfəlik itirə bilirlər.

Bəs kriptovalyuta almaq istəyən şəxslər nəyə diqqət etməlidirlər?

Kripto almaq istəyən şəxslər yalnız istədikləri valyuta haqqında ətraflı araşdırma edəndən sonra satınalma prosesini həyata keçirməlidirlər. Çünki hər ötən gün minlərlə yeni kriptovalyuta çıxır ki, onun da 99 faizi saxta olur. Araşdırma zamanı kripto valyutanın yol xəritəsinə, hansı komanda ilə işlədiyinə, arxasında hansı fondların durduğuna diqqət etmək lazımdır. Əgər hansısa kriptovalyuta haqqında heç bir məlumat yoxdursa, o kriptovalyutaya investisiya etməyə dəyməz. Bu, 99 faiz büdcəni itirmək deməkdir. 

Bu gün “Bitcoin”, “XRP” və “Ethereum” kripto bazarının ağır artilleriyasıdır. Bu ilin ortalarına kimi rahat şəkildə yüksələ bilərlər.

Chosen
25
operativmedia.az

1Sources