Olaylar.az xəbər verir ki, bu barədə "Need to Know" məlumat yayıb.
Hadisə baş verən zaman evdə daha iki yeniyetmə - 14 və 15 yaşlarında uşaqlar olub. Onlar da ildırımın təsirindən xəsarət alıblar, lakin tibbi yardım vaxtında göstərildiyi üçün onların həyatına təhlükə yoxdur.
Faciə 6 yanvar, bazar ertəsi günü Kolumbiyanın paytaxtı Boqotanın şimalında yerləşən Yakopi bələdiyyəsi yaxınlığındakı kənddə baş verib. Yerli sakinlər hələ də bu hadisənin şokundan çıxa bilməyiblər.
Kundinamarqa yanğınsöndürmə xidmətinin kapitanı Alvaro Farfanın sözlərinə görə, hadisə ilə bağlı araşdırma başladılıb. Təsirlənən ailəyə dəstək göstərilir və bölgə sakinlərinə yağış mövsümü dövründə təhlükəsizlik tədbirlərinə əməl etmələri barədə xəbərdarlıq edilir.