Komandanın baş məşqçisi Elgiz Kərəmli “Football-plus.az”a bunları demişdi:
“Səhv etmirəmsə, meydança yararsız duruma düşüb deyə, oranı tərk edirik. Düzü, tam dəqiq bilmirəm. Rəhbərlik daha doğrusunu bilir. Çünki mən gəlməmiş oranı tərk ediblər”.
Redaksiyamıza daxil olan bilgiyə görə, “Şəfa” “ASK Arena”dan ayrılmayıb. Komanda 2-ci dövrədə də oyunlarını həmin arenada keçirəcək.
ƏSƏD SEYİDOV