EN

Rati Ardazişvili “Kəpəz”də - Rəsmi

Gürcüstanın “Samtrediya” klubunun mərkəz yarımmüdafiəçisi Rati Ardazişvili bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Kəpəz” qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib. Bu, gürcüstanlı Rati Ardazişvilidir. 26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Tərəflər arasında “6 ay + 1 il” müddətinə müqavilə imzalanıb.

Ratinin son klubu vətənində “Samtrediya” olub. O, 2024-cü ilin iyul ayından formasını geyindiyi bu klubun heyətində 18 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada (“Rux”), Qazaxıstanda (“Kaspi”, “Jetısu”) və Latviyada (“Liepaya”) oynayıb.

Rati Ardazişvili ölkəsində “Lokomotive”, “Telavi”, “Çixura” kimi klubların da formasını geyinib.

Chosen
18
13
arena.az

10Sources