EN

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi

Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Publika.az xəbər verir ki, Modern.az Milli Qəhrəmanların ailələrinə təqaüd təyin edilib-edilmədiyini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Nazirlik tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Əliyeva Hökumə Cəlil qızının, Kşnyakin İqor İvanoviçin, Kalyaninov Aleksandr Georgiyeviçin ailə üzvlərinə proaktiv qaydada Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.

Chosen
8
22
publika.az

2Sources