Bakı. Trend:
Ermənistan Minsk qrupunun buraxılması məsələsi ilə əlaqədarrəsmi qaydada ATƏT-ə müraciət etməyi nəzərdən keçirir.
Trend erməni KİV-əistinadla xəbər verir ki, bu barədə Ermənistanın baş nazirininmətbuat katibi Nazeli Baqdasarynan öz sosial şəkəbə səhifəsindəyazıb.
“Bir sıra KİV-in suallarına cavab olaraq bildirirəm ki,Ermənistan Respublikası MQ-nun buraxılması üçün ATƏT-ə müraciətetmək ehtimalını nəzərdən keçirir”,- deyə o bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünütanıyır və bunu “sülh sazişi bağlamaqla təsdiq etməyəhazırdır”.