Rumıniya Xarici İşlər Nazirliyi şiddətli yanğınlar səbəbindən Los-Ancelesdəki konsulluğunun əməkdaşlarının məcburi təxliyə edildiyini açıqlayıb. Bununla bağlı müvafiq məlumat nazirliyin Facebook sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
"Amerika hakimiyyəti Rumıniyanın Los-Ancelesdəki Baş Konsulluğunun binasının şiddətli yanğınlarla əlaqədar boşaldılmasını xahiş edib", - press-relizdə deyilir.
Eyni zamanda, qeyde dilib ki, ABŞ-də Rumıniya vətəndaşları üçün konsulluq xidmətləri mobil konsulluq qrupu vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, ABŞ-də, xüsusən də Los-Ancelesdə tüğyan edən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Yanğın əvvəlcə şəhərin dəbdəbəli "Pacific Palisades" məhəlləsini əhatə edib. Şəhərin yanğınsöndürmə idarəsi hər kəsi yanğınların qarşısının alınmasına çağırıb.
Tural