EN

ABŞ-də növbəti şəxsə "Neuralink" beyin çipi yerləşdirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də artıq üçüncü şəxsə "Neuralink" şirkətinin çipi olan cihaz implantasiya edilib.
Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-li multimilyarder, "Neuralink" neyrotexnologiya şirkətinin qurucusu İlon Mask deyib.
"Artıq "Neuralink" implantı daşıyan üç nəfər var, cihaz hər bir şəxsdə yaxşı işləyir", - deyə İlon Mask vurğulayıb.
İ.Mask əlavə edib ki, bu il daha 20-30 şəxsə "Neuralink"in çipini quraşdırmaq planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, "Neuralink" startapı 2016-cı ilin iyulunda İlon Mask tərəfindən yaradılıb və layihə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə yardımçı olacaq.
Chosen
22
50
oxu.az

10Sources