EN

DSX-də ötən ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) 2024-cü ildə xidməti-döyüşfəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

DSX-nin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, əvvəlcəDövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin vəşəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə Azərbaycan tarixinin ən böyük sərkərdəsi, AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali BaşKomandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçiriləntədbirlər nəticəsində 2024-cü ilin dövlətçilik tariximiz üçünxüsusi önəm daşıması, Sərhəd Mühafizəsi sahəsində və ölkəmizdəkeçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində DSX-ninqarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinəyetirildiyi Xidmətin rəisi general-polkovnik Elçin Quliyevtərəfindən böyük qürur hissi ilə qeyd olunub.

2024-cü il yanvarın 15-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin DSX-nin yeni hərbi hospital kompleksinin açılışındaiştirak etməsinin, Xidmətin 3 zabitini "general-mayor" ali hərbirütbəsinə layiq görməsinin, göstərdikləri igidliyə və şücaətə,xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden vəmedallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruhyüksəkliyi ilə qarşılandığı bildirilib.

Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideyavə düşüncələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə reallaşdırılması, dövlət başçısının diqqət vəqayğısı ilə hərbi qulluqçuların sosial-məişət şəraiti, eləcə dəmənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılmasıistiqamətində aparılan işlər xüsusi vurğulanıb.

Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələridinlənilib, struktur qurumların xidməti fəaliyyətiqiymətləndirilib.

Daha sonra ötən il DSX tərəfindən əldə edilən əsas nailiyyətlərbarədə danışılıb. Qeyd edilib ki, fevralın 12-də ErmənistanRespublikası ərazisindən açılan atəş nəticəsində sərhəd döyüşməntəqəsində xidmət aparan sərhədçinin yaralanmasına səbəb olandüşmən təxribatına cavab olaraq düşmən snayperləri, döyüş postu vədislokasiya məntəqəsi zərərsizləşdirilib.

Eyni zamanda, dövlət sərhədini pozduqlarına görə 514, sərhədrejimini pozduqlarına görə 10 min 500, axtarışda olan 3 min 726,saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlətsərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhdgöstərən 5 nəfər sərhədçilərin sayıqlığı nəticəsindəsaxlanılıb.

Ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xaricixüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyənedilib, terrorçuluğa qarşı aparılan mübarizə tədbirləriçərçivəsində xaricdə döyüşmüş 5 nəfər saxlanılıb, narkotikvasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstəzərərsizləşdirilib.

Ötən il ərzində 2 ton 601 kiloqram 980 qram narkotik vasitə, 45milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindənqanunsuz keçirilməsinin qarşısı alınıb, 28 ton 754 kiloqramnarkotik xassəli bitki məhv edilib.

İşğaldan azad edilmiş ərazilərdə 15.9 kilometr yeni yol çəkilib,126.5 kilometr yol əsaslı təmir olunub, 1000 metr məsafədə hərəkəttəhlükəsizliyi üçün xüsusi vallar salınıb, 30.6 kilometr məsafədəisə mühəndis-texniki çəpər və fiber-optik kabel xətti çəkilib.Bundan əlavə 110.27 hektar ərazi mina və partlamamış sursatlardantəmizlənib, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədədpartlamamış hərbi sursatın zərərsizləşdirildiyi qeyd edilib.

2025-ci ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətəçatdırılaraq DSX-nin struktur qurumlarının hazırlığının daim yüksəksəviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığınınartırılması, xidmət zamanı təhlükəsizlik qaydalarına riayətedilməsi barədə göstərişlər verilib.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara dövləttəltifləri təqdim olunub.

DSX-də
DSX-də
DSX-də
DSX-də
DSX-də
DSX-də
DSX-də
Məqalədə:
Chosen
25
13
az.trend.az

10Sources