EN

Bu dövlət xəritədən silinir: Sakinlərin təxliyəsi...

Sakit okeanda 11 mindən çox əhalisi olan Tuvalu dövlət statusunu itirmək ərəfəsindədir.

Publika.az Mətbuat.az-a istinadən xəbər verir ki, 9 mərcan adasında yerləşən ölkə iqlim dəyişikliyi səbəbindən su altında qalacaq.

Buna görə də, ölkədən kütləvi miqrasiya baş verəcək. Bildirilir ki, ölkədəki bütün mülklər miras kimi qorunmaq üçün qeydə alınır. Alimlər 2100-cü ilə qədər ölkə ərazisinin 95 faizinin su altında qalacağını proqnozlaşdırırlar. Tuvalu hökuməti ölkənin gözəlliyini, mədəniyyətini və vətəndaşlarının qanuni hüquqlarını gələcək nəsillərə qorumaq üçün “Rəqəmsal Millət” layihəsinə başlayıb. Bu çərçivədə ölkənin binalarından tutmuş təbii gözəlliklərinə qədər hər şey rəqəmsal mühitə köçürülür və “metaverse”də virtual dünya qurulur.

Virtual aləmdə sərhədlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, Tuvalu hökuməti fəaliyyətini davam etdirə bilmək üçün rəqəmsal pasportlar paylayacaq. Bu pasportlar vətəndaşlara seçkilərdə və referendumlarda iştirak etmək və bir çox digər rəsmi əməliyyatları rəqəmsal şəkildə həyata keçirmək imkanı verir.

Chosen
9
20
publika.az

10Sources