İnsanların sıx toplaşdığı yerlərdə, bankomat önündə siqaret çəkmək qanuna görə qadağandır. Ancaq məsələ burasındadır ki, bu gün bu qanuna əməl edilmir. Bəs görəsən qanuna əməl etməyən şəxsləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışıb:
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanunun 10-cu maddəsində tütün çəkilməsinə icazə verilməyən yerlər müəyyən edilib.
Həmin normaya əsasən, Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
- təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
- tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;[1]
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
- ticarət obyektlərində;