EN

İmtahanların mart ayında keçirilməsi təhsilə mənfi təsir edir AÇIQLAMA/VİDEO

Məlumat verdiyimiz kimi, ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 - 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı 20 fevral - 5 mart tarixlərində aparılacaq.

Xezerxeber.az-ın məlumatına görə, təhsil Eksperti Kamran Əsədovun sözlərinə görə, imtahanların tədris tarixi ilə üst-üstə düşməsi şagirdlərin həm təhsilinə, həm də davamiyyətinə ciddi təsir göstərir.

Ekspert imtahanlarda ilk dəfə tətbiq olunacaq yenilikdən də danışıb. Qeyd edib ki, xarici dil fənni ilə əlaqədar tətbiq olunan yenilik təhsilin kefiyyəti ilə üst-üstə düşmür.

Qeyd edək ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may - iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel - may aylarında aparılacaq. Əvvəlki illərin məzunları üçün isə qəbul imtahanının birinci mərhələsi aprelin 6-da baş tutacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
39
xezerxeber.az

1Sources