EN

“Ancaq 11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır?” – Kurban Berdıyev də limitdən danışdı

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev bu gün klubun mətbuat xidmətinə müsahibə verib.

- Komandamızın mövsümün ilk yarısındakı çıxışını necə qiymətləndirərdiz?
- Ümumi götürsək, nəticədən məmnunluq var. Mövsümün əvvəlində kimsə desəydi ki, ilk yarını 3-cü pillədə bitirəcəyik, bu qədər xal toplayacağıq - bu fikrdən razı qalardıq və məmnun olardıq. Ancaq bəzi oyunlar oldu ki, daha yaxşı oynayıb, qələbə qazana bilərdik, tam razı qalardıq.

- Hazırda komandanın Türkiyədəki təlim-məşq toplanışı davam edir. Hazırlıq barədə danışmaq istərdik. Proses tələblərinizə və istəklərinizə nə dərəcədə cavab verir?
- Bəli, yaxşı şərait yaradılıb və hava da əlverişlidi. Təlim-məşq toplanışı planauyğun və yetərincə yaxşı keçir.

- Komandamıza artıq yeni futbolçular cəlb olunub. Yeni transferlərimiz haqda nə deyə bilərsiz?
- Fikirləşirəm ki, bu uşaqlar birmənalı şəkildə kömək edəcəklər. Həm Rəhim, həm də Orxan kollektivə tez uyğunlaşa bilən futbolçulardı.Bu da olduqca vacib bir məqamdı. Onlar qarşıya qoyulan tapşırığı başa düşürlər və yaxşı hazırlaşırlar.

- Son vaxtlar limitin ləğv olunacağı ilə bağlı xəbərlər yayılır. Sizin bu barədə fikriniz maraqlı olardı.
- Bu olduqca ciddi bir sualdı. Mən bu məqamla tez-tez rastlaşmışam. Limitlə bağlı danışırıqsa, onu demək lazımdı ki, bunun üçün strateji yönləndirmə lazımdı. Azərbaycan futbolunun yaxın 5-7 il ərzində inkişaf planının hansı istiqamət üzrə olacağını dəqiq bilmirəm. Sözsüz, bu məsələdə vacib məqam işin təsadüfi yox, mərhələli şəkildə aparılmasıdı. Bu plan futbolun mərhələli şəkildə inkşafı üçün nəzərdə tutulubsa, başqa məsələ. Ancaq 11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır, onda bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harda çıxış edəcək? Bu məsələni müzakirə edərkən ilk növbədə yığmanın strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdı. Yenə də təkrarlayıram, belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi? Çünki uşaq və yeniyetmə yığmalarının strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar, sadəcə, uşaq və yeniyetmə futbolunu öldürəcək. Sözsüz, bundan sonra bir çox azərbaycanlı furbolçu harasa getmək məcburiyyətində qalacaq. Bilmirəm, çətim sualdı. Amma mən birmənalı şəkildə buna qarşıyam.

- Sonda azarkeşlərimizə nəsə demək istərdizmi?
- Azarkeşlərimiz inanılmaz insanlardı. Komandanın arxasınca hər yerə gedirlər. Hətta komanda uğursuz çıxış edəndə belə, tam dəstəklərini nümayiş etdirirlər. Buna görə də klub adından, uşaqların adından onlara təşəkkür düşür. Çətin anlarda göstərdikləri səbr nəyə desən, dəyər. İnşallah, ümid edirəm ki, mövsümün sonunda onları məyus etməyəcəyik.

ƏSƏD SEYİDOV

Chosen
10
5
football-plus.az

7Sources