![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/10/23/1/cabb7721-9cba-452d-b299-76cead4e3104/xvica-kvarasxeliya.jpg)
Fransa çempionu PSJ İtaliya “Napoli”sinin və Gürcüstan millisinin 23 yaşlı cinah hücumçusu Xviça Kvaratsxeliya ilə anlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romanı məlumat yayıb.
O bildirib ki, tərəflər 5 illik müqavilə imzalayacaqlar və Kvaratsxeliyanın illik maaşı təxminən 10 milyon avro olacaq.
“Paris klubu transferi bu ay başa çatdırmaq ümidi ilə “Napoli” ilə danışıqlar aparır”, - jurnalist bildirib.
Qeyd edək ki, cari mövsümdə Kvaratsxeliya Neapol təmsilçisi ilə bütün yarışlarda 18 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.