Yaxın 1,5-2 il ərzində süni intellekt (AI) “qızıl dövr” yaşayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Kaspersky ICS CERT-in eksperti Vladimir Daşşenko deyib.
“Süni intellekt qarşıdakı il yarım-iki il ərzində hansısa mənada blokçeyn və kriptovalyutanın uğurlarını təkrarlayaraq qızıl eranı yaşayacaq”, – deyə o vurğulayıb.
Daşşenkonun sözlərinə görə, süni intellekt ChatGPT kimi fikirlərin toplanması və təbliği üçün bir vasitə kimi istifadə olunacaq.
Qeyd edilir ki, 2025-ci ildə bəzi ölkələrdə süni intellektlə bağlı tənzimləmənin nəzərəçarpacaq dərəcədə sərtləşdirilməsi, o cümlədən məlumatların ixracına qadağa qoyulacaq.
Ekspertin sözlərinə görə, yaxın gələcəkdə müdafiə üsullarının hazırlanması üçün həm dələduzlar, həm də şirkətlər tərəfindən kiberhücumların avtomatlaşdırılması davam etdiriləcək.