Bu gün keçirilmiş son bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış oyununda B qrupunda 3-cü sırada yer almış “Gəncə” autsayder “Sumqayıt”ı qəbul edib.
Gəncə İdman Sarayında baş tutmuş oyunda qərb təmsilçisi 98:79 hesabı ilə qalib gəlib
Xatırladaq ki, 10-cu turun əvvəlki qarşılaşmalarında “Neftçi” “Abşeron”u 84:76, “Naxçıvan” “Sabah”ı 80:75, “Sərhədçi” NTD-ni 78:64, “Şəki” “Lənkəran”ı 111:82, “Ordu” isə “Quba”nı 81:74 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqası
B qrupu, 10-cu tur
12 yanvar
“Gəncə” – “Sumqayıt” 98:79 (20:17, 31:17, 30:25, 13:20 )
Gəncə İdman Sarayı.
Xallar: Ordu – 17. Şəki – 16. Gəncə – 16. Quba – 12. Lənkəran – 12. Sumqayıt – 11.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.