EN

İngiltərə Kuboku: "Mançester Yunayted" penalti seriyasında qalib gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Futbol üzrə İngiltərə Kubokunun 1/32 final mərhələsinin mərkəzi oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, Londonda keçirilən oyunda Mikel Artetanın rəhbərlik etdiyi "Arsenal" Ruben Amorimin "Mançester Yunayted"ini qəbul edib.
Oyunun əsas vaxt 1:1 hesabı ilə başa çatıb. "Mançester Yunayted"dən 52-ci dəqiqədə Fernandeş, "Arsenal"dan isə 63-cü dəqiqədə Maqalyans fərqlənib. Uzatma dəqiqələrində də hesab dəyişmədiyinə görə oyunda penaltilər seriyası baş tutub.
Penaltilər seriyasında 5:3 hesabı ilə qalib "Mançester Yunayted" növbəti mərhələyə yüksəlib.
Chosen
16
2
oxu.az

3Sources