EN

"Zayam Technologies Park OJSC" işçilər axtarır - VAKANSİYALAR

Zayam Technologies Park OJSC

Mühəndis konstruktor

Son tarix 11 fev 2025 - [email protected]

Tələblər:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində  3  il iş təcrübəsi 
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
  • AutoCAD proqramında işləmək bacarığı
  • Teka structures, Solidworks proqramlarını bilməli

İş öhdəlikləri:

  • Çizgilərin kompyuterdə mühəndis proqramlarında çəkilməsi və başqa texniki sənədləri tərtib edilməsini təmin etmək;
  • Layihənin təhlilinə və hesabatların hazırlanmasına kömək etmək, layihə ilə əlaqədar bütün suallar/ izahlar və paketlərlə bağlı təsdiqləri əldə etmək;
  • Layihə işlərini yaxşılaşdırmaq, səmərəli və dayanıqlı etmək üçün düzgün konstruktiv həllin seçilməsini təmin etmək;
  • Layihə üzrə texniki hesablamaları aparmaq; 
  • İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
  • Konstruktiv hesabatların aparılması,  Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
  • Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
  • Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
  • Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;

İş qrafiki:

  • 5 günlük iş rejimi
  • Həftə içi iş saatları: 08:00-17:00 
  • 12:00-13:00 nahar fasiləsi
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır. 

İş yeri: Şəmkir şəhəri

Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Mühəndis konstruktor” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Layihə rəhbəri

 Son tarix 11 fev 2025 - [email protected]

Tələblər:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində  5  il iş təcrübəsi 
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dili bacarığı
  • PMD sənədləşməsində təcrübəli
  • AutoCAD və Primavera proqramlarını yüksək səviyyədə bilmək,
  • Dəqiqlik və operativlik
  • Tikinti işləri və avadanlıqların fəaliyyətlərinin planlaşdırılmasını bacarmaq

İş öhdəlikləri:

  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
  • Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
  • Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
  • Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
  • Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
  • Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
  • Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
  • Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;

İş qrafiki:

  • 6 günlük iş rejimi
  • Həftə içi iş saatları: 08:00-16:00 
  • Şənbə günü: 08:00-14:00
  • 12:00-13:00 nahar fasiləsi
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır. 

İş yeri: Bakı şəhəri

Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Layihə rəhbəri” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Anbardar

 Son tarix 11 fev 2025 - [email protected]

Tələblər:

  • Təhsil: Ali təhsil/Texniki təhsil
  • İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində  2  il 
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran

İş öhdəlikləri:

  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
  • Anbara gələn sifarişlərin mövcüd olub olmamasını yoxlayır, daxil olan mal və yükləri qeydiyyata alır və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparır;
  • Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsi məlumatlandırır;
  • Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət edir;
  • Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal məlumat verir;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
  • Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
  • Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat təqdim edir;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparır;
  • Rəhbərin digər tapşırıqlarını yerinə yetirir.

İş qrafiki:

  • 6 günlük iş rejimi
  • Həftə içi iş saatları: 08:00-16:00 
  • Şənbə günü: 08:00-14:00
  • 12:00-13:00 nahar fasiləsi
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır. 

İş yeri: Bakı şəhəri

Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Anbardar” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Chosen
22
fed.az

1Sources