İsrail Ordusu Livanın “Hizbullah” təşkilatına məxsus hədəflərə zərbələr endirdiyini bildirib.
Livanda "Hizbullah" hərəkatının bir sıra hədəfləri bombardman olunub.
"Operativ Media" xəbər verir ki, bu haqda İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Vurulan hədəflər arasında raket buraxılış qurğusu, hərbi obyekt və Suriya-Livan sərhədi boyunca silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlar olub”, - məlumatda bildirilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.