EN

"Energy Service Group" icbari sığorta müqaviləsini bağlamayıb

Abşeron Rayon Məhkəməsində "Energy Service Group" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Xəyal Quliyev

Tarix: 13 Yanvar 2025, 08:55   
Chosen
6
pravda.az

1Sources