EN

Belçikada pensiya yaşının qaldırılmasına qarşı kütləvi tətillər başlayıb

Bakı. Trend:

Belçikada sərt təqaüd islahatları ilə əlaqədar ümumilli tətillərbaşlayıb.

Trend xəbər verirki, bu barədə "Euronews" məlumat yayıb.

Yanvarın 1-də Belçikada əmək təqaüdü yaşı 65-dən 66-yaqaldırılıb, 2030-cu ilə kimi isə 67 yaşa çatdırılması nəzərdətutulur. Bundan başqa, sosial müavinət və təqaüdlərlə bağlı 3milyard avroluq ixtisarların həyata keçiriləcəyi gözlənilir.Belçika hökumətinin bu qərarı dövlət və ictimai sektorun işçilərinihiddətləndirib.

20 minə yaxın müəllim işə çıxmaqdan imtina edib. Ümummillitətilə ictimai nəqliyyat işçiləri, dəmiryolçular, hava limanınınəməkdaşları, təhlükəsizlik xidmətinin əməkdaşları, yük maşınısürücüləri, həbsxana nəzarətçiləri, poçt işçiləri,yanğınsöndürənlər də qoşulub.

Yerli telekanalların bildirdiyinə görə, 24 saatlıq kütləvitətillə əlaqədar bazar ertəsi paytaxt Brüsseldə faktiki olaraqictimai nəqliyyat işləməyəcək.

Məqalədə:
Chosen
8
az.trend.az

1Sources