Bakının Bilgəh qəsəbəsində ictimai çimərliklərin birində 2 suiti və 15-dən çox quş cəsədi aşkarlanıb.
Bu barədə görüntüləri “Ecofront” səhifəsi yayıb.
Pravda.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.
Qurumun mətbuat katibi İradə İbrahimova bildirib ki, ETSN-nin bu barədə məlumatlıdır:
“Əməkdaşlar əraziyə gediblər. Məsələ araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.
Tarix: 13 Yanvar 2025, 10:48