EN

Trampla Putin görüşə hazırlaşır – Müharibə sona çatır?

Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan görüşə hazırlıq gedir.

News24.az xəbər verir ki, Trampın Milli Təhlükəsizlik Müşavirliyinə namizədi Mayk Uolts bu görüşün Rusiya-Ukrayna müharibəsinə son qoyulması və Qəzzada girovların azad edilməsi istiqamətində kritik bir addım olacağını bildirib.

Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə namizədi Mayk Uolts Tramp və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşə hazırlıqların getdiyini açıqlayıb.

“Trampın mövqeyinə görə, qarşı tərəflə münasibət və dialoq olmadan razılığa gəlmək mümkün deyil. Biz bunu, əlbəttə ki, yaxın aylarda əldə edəcəyik", - Uolts ABC News-a deyib.

Uolts qeyd edib ki, Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinə diplomatik yollarla son qoyulmalı olduğunu müdafiə edir.

O həmçinin bildirib ki, Tramp Qəzza girovlarını azad edəcək razılaşma üçün danışıqlara böyük əhəmiyyət verir.

Uolts danışıqların hələ də davam etdiyini bildirib və qeyd edib ki, Tramp andiçmə mərasimindən əvvəl əldə olunmuş razılaşmanı görmək istəyir.

Uolts həmçinin bildirib ki, Tramp ABŞ-ın Arktika regionunda təhlükəsizliyindən narahatdır və güclü addımlar atmağa hazırdır.

Floridadakı Mar-a-Laqo malikanəsində jurnalistlərə açıqlama verən Tramp Putinin onunla görüşmək istədiyini bildirib. “O, mənimlə görüşmək istəyir, bu görüşü biz təşkil edirik. Prezident Putin düşünür ki, bu müharibəni bitirməliyik. Bu, çox qanlı müharibədir”, - Tramp görüşün vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.

Kremlin sözçüsü Dmitri Peskov Putinin Trampla görüşə hazır olduğunu və bunun üçün heç bir ilkin şərt olmadığını bildirib.

Peskovun açıqlamaları Tramp administrasiyasının Rusiya ilə dialoq qurmaq səylərini dəstəkləyən addım kimi qiymətləndirilib.

Aynurə

Chosen
16
49
news24.az

10Sources