EN

Yeniyetmə bacılar dəm qazından ZƏHƏRLƏNDİLƏR

Goranboyda rayon sakinləri - 2009-cu il təvəllüdlü Z.S. və bacısı 2012-ci il təvəllüdlü G.S. odun peçinin tüstüsundən zəhərləniblər.

Modern.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, 12.01.2025-ci il tarixdə saat 20:30-da 2009 və 2012-ci il təvəllüdlü (qadın cinsli) şəxslər zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

 

Chosen
10
modern.az

1Sources