Marmara Universitetinin tanınmış tarixçisi Professor Okan Yeşilotun "Dünəndən bugünə Zəngəzur" adlı kitabı nəşr olunub.
Modern.az-ın məlumatına görə, professor kitabı dr. Zeynəb Akarslan və dr. Gülcan İnalcık ilə birlikdə ərsəyə gətirib.
Kitabda Zəngəzurun qədim Türk yurdu olduğu, türklərin köçə məcbur edildiyi izah olunur. Kitab çarlıq və Sovet dövrü Zəngəzurdan bəhs edilir və Vətən Müharibəsinin ardından regiondakı vəziyyət detallı şəkildə izah olunur.
Kitabda Zəngəzurun tarixi, coğrafi, strateji və siyasi önəmi, Zəngəzur dəhlizinin beynəlxalq və regional strateji əhəmiyyət, dəhlizin regiondakı ölkələr arasındakı nəqliyyat, ticarət ve enerji nəqliyyat xətləri baxımından daşıdığı önəmi, eləcə də bölgənin və dəhlizin gələcəkdəki potensialı və dövlətlərarası əlaqələrənmümkün təsirləri araşdırılıb.
Kitabın müəlliflərindən olan Prof. Dr. Okan Yeşilotun Azerbaycan tarixi ilə bağlı Hacı Zeynəlabidin Tağıyev, Hacı Həsən Məlikzadə Zərdabi və Əkinçi qəzeti, Atəş çəmbərində Azərbaycan və başqa kitabları mövcuddur.