EN

Azərbaycanda qətl törədib Türkiyəyə qaçmışdı, 12 il cəza aldı

Naxçıvanda öldürməkdə təqsirləndirilən Kərim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumtaına görə, Naxşıvan Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K.Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü K.Hüseynov ötən ilin iyun ayında aralarında yaranmış mübahisə zəminində Naxçıvan şəhərinin Tumbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə təqsirləndirilib. 

Hadisədən dərhal sonra təqsirləndirilən şəxsin Türkiyə Respublikasına qaçmasına əsaslı şübhələr müəyyən edilib. Şəxsin tutulması istiqamətində Türkiyə Respublikasının hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq həyata keçirilib və Kərim Hüseynov  Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanlarına təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, K.Hüseynov 28 iyun 2024-cü il tarixdə saat 23:20 radələrində içkili vəziyyətdə qohumu və həmkəndlisi olan şəxslin Tumbul kəndində işlətdiyi pivəxanaya gedib. Orada sonuncunun digər həmkəndliləri ilə birgə oturduqları masaya əyləşib pivə içib, masada əyləşdikdən bir müddət sonra qohumu Rahib Abdullayevlə aralarında söyüşlü zarafat olub, həmin zaman K.Hüseynov Şərur və Qıvraq ərazisində yaşayan insanların ünvanına ümumi olaraq nalayiq ifadələr işlədib, bunu görə Rahib Abdullayev bibisinin də Şərura ərə getdiyini deyib Kərimə şəxs irad bildirib və onun ünvanına nalayiq ifadələr işlədib. Bu zəmində aralarında mübahisə yaranıb. Onlarla bir masada əyləşmiş şəxslər mübahisəyə son qoymaq məqsədilə Kərimiçölə çıxartsa da, Rahib onların arxasınca gələrək mübahisəni davam etdirib yenidən Kərimn ünvanına nalayiq ifadələr işlədib.Bundan əsəbləşən Kərim ona yumruqla xəsarət yetirib.Bundan sonra ətrafdakılar tərəfindən onlar ayrılıb bir-birindən kənarlaşdırılıb.

Lakin Rahib Kərimin ünvanına nalayiq ifadələr işlətməkdə davam edib.Daha sonra sakitləşdirilməsi üçün həmkəndlisi tərəfindən Rahib pivəxanaya gətirilib, pivəxanada olan zaman oradan bıçaq götürərək şalvarında gizlətməklə pivəxanadan qaçaraq öz yaşadığı evə gedib. Evdə olan evdəkilərə Kərimi öldürəcəyini deyib pivəxanadan götürdüyü bıçaqla onun yaşadığı evə gedib. Rahib əlində bıçaqla Kərimin yaşadığı evə gələrək nalayiq ifadələr işlətməklə sonuncunu çağırıb.

Rahibin öz otağından qapıya tərəf gəldiyini görən anası onların dalaşmalarının qarşısını almaq məqsədilə qapını içəridən bağlamaqla açarı götürüb və oğlunun çölə çıxmasına mane olub.Rahibin söyüş söyməklə onu çölə çağırmaqda davam etməsini görən Kərim söydüyü nalayiq söyüşlərə görə onu öldürmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək üçün zorla anasının əlindəki açarı almaqla qapını açaraq eyvana çıxıb, həmin zaman evin eyvanında stolun üstündə olan bıçağı götürərək Rahibin döş qəfəsinə zərbə endirib. R.Abdullayev aldğı xəsarətdən ölüb.

Şəbnəm Mehdizadə
Chosen
5
e-huquq.az

1Sources