EN

Qətərdən İsrail və HƏMAS-a atəşkəs TƏKLİFİ

İsrail və HƏMAS arasında danışıqların Dohada davam etdiyi bir vaxtda Qətərin Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı \"son layihəni” Həmas və İsrailə göndərdiyi bildirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzzaya hücumları 7 oktyabr 2023-cü ildə davam edərkən, Qəzzada atəşkəs və girovların azad edilməsi üçün danışıqlar da davam edir.
 
Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarla bağlı danışıq qrupunun adı açıqlanmayan bir rəsmisinin verdiyi açıqlamada Qətər tərəfindən Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı \"son layihəni\" Həmas və İsrailə çatdırdığı qeyd edilib.
 
Adının çəkilməsini istəməyən məmur bildirib ki, İsrail nümayəndələri, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi və Qətərin baş naziri arasında Dohada gecə yarısından sonra danışıqlardan sonra nəticə əldə olunub.
 
Gülay
Chosen
8
10
azxeber.com

9Sources