EN

Almaniyanın Pakistandakı səfirliyinin müşaviri ölmüş vəziyyətdə tapılıb

Hurriyyet.az xəbər verir ki, Almaniyanın Pakistandakı səfirliyinin müşaviri İslamabaddakı mənzilində ölmüş vəziyyətdə tapılıb. "Bild" nəşrinin yazdığına görə, bundan əvvəlki iki gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb. Tomas B. adlı şəxsin diplomat hesab edilsə də, əslində Almaniyanın Federal Kəşfiyyat Xidmətində (BND) işlədiyi qeyd edilib. 

Onun iki gün ərzində səfirliyə gəlməməsi və zənglərə cavab verməməsindən sonra diplomatik missiyanın iki əməkdaşı yaşadığı yerə göndərilib. Əməkdaşlar Tomas B. adlı şəxsin cəsədini aşkar ediblər. "Bild" nəşrinin yazdığına görə, onun ürəyi ilə bağlı problemləri olub və həyatını itirməsinin səbəbi bu ola bilər. Tomas B. İslamabaddakı missiyanın müşaviri vəzifəsində 3,5 il işləyib.

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyindən "Bild" qəzetinə verilən açıqlamada deyilir: "Təəssüf ki, həmkarımızın ölümünü təsdiqləməliyik".

Almaniyanın Federal Kəşfiyyat Xidmətində (BND) isə bildiriblər ki, idarənin ayrı-ayrı əməkdaşları ilə bağlı vəziyyətlərə şərh verilmir. 

"Bild" nəşrinin məlumatına görə, Tomas B. uzun illər ərzində ki, Almaniyanın kəşfiyyat xidmətində işləyib və çox təcrübəli əməkdaş hesab edilirdi.

Hürr Tərcüman

Chosen
13
hurriyyet.az

1Sources