EN

Bəşəriyyətin ən böyük görüşü: İksir töküldü, çaylar bərəkətli oldu


7NEWS.az xəbər verir ki, bəşəriyyətin ən böyük toplantısı kimi tanınan və 12 ildən bir keçirilən Kumbh Mala festivalı Hindistanda başlayıb. Müqəddəs çaylarda üzməyin onları günahlarından təmizləyəcəyinə inanan hindlilər Hindistanda ən müqəddəs sayılan Qanq çayı, Yamuna çayı və Sanqamda çimmək üçün bir araya gəlirlər. Festivalın mifoloji müharibə zamanı bir neçə Hindistan şəhəri üzərinə ölümsüzlük vəd edən iksirin tökülməsi nəticəsində yarandığı güman edilir. Bildirilir ki, builki festival həmişəkindən daha özəldir. Çünki planetlərin və ulduzların indiki düzülüşü iksir töküldüyü zamankı kimidir. Belə bir qarşılaşma yalnız 144 ildə bir dəfə olur.
Chosen
9
7news.az

1Sources