Olaylar.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Yanğınsöndürmə məntəqəsinin əməkdaşları və Vanfrid şəhərindən FHN işçiləri alovu söndürməyə çalışsalar da, yanğın çox güclü olub. Nəticədə bir neçə təcili tibbi yardım maşını da külə dönüb. Polisin məlumatına görə, yanğının Almaniyaya vurduğu zərərin məbləği bir milyon avroya yaxın olacaq.
Yanğından sonra ətraf ərazidə güclü tüstülənmə müşahidə olunub. Yaxınlıqdakı evlərdən sakinlər təxliyə edilib. Eyni zamanda, vətəndaşların təxliyəsini çətinləşdirən federal avtomobil yolu da bağlanıb. Lakin polis bildirir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Yanğın baş verən bina pandemiya dövründə əsaslı təmir olunmuş, buraya təlim zalları, soyunma otaqları, sanitariya məntəqələri, emalatxana, idman və avtomobil zalları daxil edilmişdi. Yanğınsöndürmə məntəqəsi 2021-ci ilin sonunda açılmış və şəhərə 3 milyondan çox avroya başa gəlmişdi.