EN

Qırğızıstan parlamentinin sədri soyadını dəyişdi

Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakiev soyadını Turgunbek ulu olaraq dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, parlament sədri sosial media hesabında iş həyatını yol tikintisinə həsr edən və 7 uşaq böyüdən atasının adını çəkməyə qərar verdiyini və soyadını dəyişdirdiyini açıqlayıb.

Turgunbek ulu Şakiev soyadının babasından miras qaldığını, tam qardaşlarının babasının adını bundan sonra da yaşatacaqlarını, Şaki babanın adının heç vaxt unudulmayacağını bildirib.

Məclisin rəsmi internet səhifəsində və sosial media hesabında CV-də məclis sədrinin soyadı dəyişdirilərək Turgunbek ulu olub.

Turgunbek ulu atasının adını çəkmək qərarının çoxdankı arzusu olduğunu söyləyərək, "Bəli, bu qərara nə dünən, nə də bu gün çatmamışam. Çoxdankı arzum idi" deyib.

Chosen
11
cebheinfo.az

1Sources