EN

"Apple" bu il hansı məhsulları təqdim edəcək? - Gözləntilər

Apple 2025-ci ildə yeni bir məhsul satış stategiyasına keçid etmiş kimi görünür. Bu mənada "apple" analitistiklərindən Mark Qurman 2025-ci ildə qarşılaşmağımız təxmin edilən məhsullarla bağlı bir siyahı paylaşıb.

"Apple" bu il məhsulları ilə uyğun qiymət və yüksək performansı bir araya gətirməyi hədəfləyir.

Firma hər nə qədər də ağıllı telefon dünyasında zirvədə yer alsa da, bu zirvəni son illərdə itirmə təhlükəsi ilə qarşı-qarşıya qalıb. Əsas da "Android" rəqiblərinin və "Qualcomm"un fərqi azaltması, "Apple" ekosisteminin mıhşurluğunu söndürən faktorlar arasındadır.

Bu mənada "Apple", "Android" dünyasında yüksəlməkdə olan uyğun qiymətli flaqmanlar sinfinə girməyi planlaşdırır. Mark Qurmana görə, "iPhone 17 Air" modelin incəlik, emal gücü, münasib qiymətiylə bu bazarı hədəfləmiş ola bilər. Telefonun tək kamera ilə istehsal olunmağı gözlənilsə də, "Apple İntelligece" özəllikləri ilə modelin önəmli bir bazar payı əldə edəcəyi təxminlər arasındadır.

Giriş model iPad üçün də fərqli iddialar ortaya çıxıb. Buna görə yeni "iPad"in A17 Pro prosessoru və 8 GB-a qədər yaddaş artımı ilə qarşımıza çıxa bilər. Bu mənada "Apple"ın "iPad" ilə "iPad Mini" arasındakı fərqliliyi azaldacağı təxminlər arasındadır.

"iPad"lər arasında "Pro" və "Air" arasında yer alan güc fərqinin də qalmayacağı iddia edilir. Buna görə də "iPad Air" və "iPad Pro" bir-birlərinə yaxın prosessorlarla qarşımıza çıxma ehtimalı var. Bu mənada iki model arasındakı əsas fərq isə yaddaş, ekran böyüklüyü və qələm olacaq.

"Apple"ın əlavə özəlliklə ABŞ bazarı üçün "ağıllı ev ekranı" bazarına girməyi də gözlənilir. Bu bazarda xüsusən "Amazon" ən böyük paya sahibdir. "Google"un "Android" cihazlarla bu bazarda payı var. "Apple" isə uzun illərdən sonra, olduqca böyüyən bazara tərəf yönəlmiş kimi görünür.

"MacBook Air" modellərində olan yenilənmədən sonra, 2025-ci ildə qarşımıza çıxacaq "Apple" məshulları arasında "MacBook Pro" modelləri də yer ala bilər. Hələki şaiyə səviyyəsində olsa da "MacBook Pro" modellərinin yeni bir prosessor və korpus ilə təqdim olunması gözlənilir.

"Apple"ın ən inadkar olduğu bazarlardan biri də "ağıllı saatlar"dır. Amma sonra illərdə rəqiblərin çıxardığı münasib qiymətli və yüksək performanslı modellər "Apple" çətinə salmağa başladı. Bu mənada 2025-ci ildə qarşılaşacağımız "Apple" məshulları arasında yeni bir "Watch SE" modeli də olma ehtimalı var. "Apple"ın özəlliklə "Watch SE 3"ün dizaynını dəyişdirməyi planladığı danışılır. "Series 11" və "Ultra 3" modellərinin də az da yeni özəlliklər qazanması gözləntilər arasındadır. Buna görə "Yüksək təzyiq"in müəyyən edilməsinin həm "Series 11", həm də "Ultra 3" modellərində olacağı təxminlər arasındadır. Məlumat sızıntılarına baxılarsa, "Ultra 3" modeli "peyk bağlantısı" və "5G RedCap" şəbəkə bağlantısı qazanacaq.

Chosen
15
olke.az

1Sources