EN

Paşinyanla Koşta arasında telefon danışığı olub

Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.

“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.

Baş nazir A.Koştanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Avropa İttifaqı Şurasının Prezidentini Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb.

N.Paşinyan Ermənistan-Aİ əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.

Tərəflər gələcəkdə münasib vaxtlarda dialoqu davam etdirməyi razılaşıblar.

Chosen
4
2
ikisahil.az

4Sources