Yaponiyada Kyuşu adası yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) məlumat yayıb.
Yeraltı təkanların Osakada hiss olunduğu bildirilir.
Yaponiyanın NHK telekanalı yazır ki, zəlzələdən sonra Kyuşu, Şikoku, Amami adaları və Honsyu bölgələri üçün sunami xəbərdarlığı edilib.