Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev bu gün vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Axar.az"a sabiq icra başçısının oğlu Samir Xanbabayev məlumat verib.
O bildirib ki, atası bir ildir xəstəlikdən əziyyət çəkirdi. Ş.Xanbabayev vəzifədən azad edildikdən sonra da Xaşmaz şəhərində yaşayırdı.
Samir Xanbabayevin sözlərinə görə, vida mərasimi sabah Bakıda keçiriləcək.
Müəllif: Teleqraf.com