Livanda Baş nazir postuna yeni təyinat olub.
Bizim.Media xəbər verir ki, Nəvaf Salam Livanın yeni Baş naziri seçilib.
O, Baabda sarayında Nümayəndələr Palatasının fraksiyaları ilə prezident Cozef Aun arasında keçirilən məsləhətləşmələrdən sonra Livan parlamentində kifayət qədər səs toplayıb.
Nəvaf Salam bundan əvvəl 2024-cü ilin fevralında Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilmişdi.
Bizim.Media