EN

Çimərliyi idarə edən hüquqi və ya fiziki ŞƏXSLƏR

Çimərliyi idarə edən hüquqi və ya fiziki şəxslər tərəfindən ərazidə tullantıların çeşidli yığılması üçün üzərində çimərlik obyektinin adı və ayrı-ayrılıqda “qida”, “plastik”, “kağız”, “şüşə (metal)” sözləri və ya şəkilləri əks etdirilmiş xüsusiləşdirilmiş tutumlar yerləşdirilməli və tullantıların çeşidlənərək uyğun tutumlara atılması barədə məlumatlandırıcı lövhələr quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

Tutumlar üçün çimərlik ərazisinin hər 500 m2 sahəsində bir ədəd hesabı ilə meydança hazırlanmalı və meydançadakı tutumların sayı bu Qaydaların 2.2-ci bəndinə uyğun hesablanmalıdır. Tutumların yerləşdirilməsi üçün meydançalar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrdən az olmayan məsafəsində hazırlanmalıdır. Tullantıların ətraf ərazilərə səpələnməsinin qarşısının alınması məqsədilə tutumlar qapaqlı olmalıdır. Meydançada tullantıların ətrafa səpələnməsinə yol verilməməsi üçün eyni həcmli və eyni tipli ehtiyat tutumlar nəzərdə tutulmalıdır.

Chosen
20
heftelik.az

1Sources