EN

Abşeronda avtomobil vuran qadın xəstəxanada ölüb

Üç gün əvvəl Abşeronda avtomobilin vuruğu qadın xəstəxanada ölüb.

"Report" xəbər verir ki, 11 yanvar 2025-ci il tarixdə Vüsal Hidayətzadə idarə etdiyi "BMW 528" markalı avtomobillə Xırdalan şəhəri ərazisində piyada - 1974-cü il təvəllüdlü Məlahət Məhərrəmovanı vurub.

Xəsarət alan piyada 12 yanvar 2025-ci il tarixdə müalicə aldığı xəstəxanada həyatını itirib.

Chosen
8
4
report.az

5Sources