Türkiyənin paytaxtı Ankarada 3 şəxs doğuşa saylı günlər qalan 3 hamilə keçini qaçıraraq 2-sini kəsib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, keçilər, ötən gecə heyvan hüquqları dərnəyindən qaçırılıb.
Qəssab olduğu iddia edilən 3 nəfər keçiləri satışa hazırlayandan sonra polis tərəfindən saxlanılıb.
Qaçırılan 3 keçidən 2-nin kəsildiyi, bir keçinin isə sağ tapıldığı öyrənilib.