EN

Juninyo Braziliyada belə qarşılandı: İlk açıqlamasında bu sözləri dedi

“Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo” komandasına keçən Juninyo Rio-de-Janeyro şəhərinə çatıb.

Publika.az xəbər verir ki, onu hava limanında media nümayəndələri və azarkeşlər qarşılayıb. Yeni komandasının forması ilə şəkil çəkdirən 28 yaşlı hücumçu qısa şəkildə açıqlama verib. O, “burada olduğum üçün çox xoşbəxtəm”, - deyib.

Bu gün tibbi müayinədən sonra Juninyo “qırmızı-qaralar”la müqavilə imzalayacaq.

Qeyd edək ki, “Qarabağ” Juninyonun satışından 5 milyon avro qazanc əldə edəcək. Bu məbləğ Ağdam təmsilçisinə hissə-hissə ödəniləcək.

Chosen
10
publika.az

1Sources