ABŞ Rusiyanın Mərkəzi Bankına aid olan aktivlərini müsadirə etmək istəyir ki, onlar danışıqlarda təsir rıçaqına çevrilsin...
ABŞ-nin səhaiyyət müddəti bitməkdə olan Bayden administrasiyası Ukrayna ilə münaqişədə Moskvaya qarşı rıçaq kimi Rusiya Mərkəzi Bankının yüz milyardlarla dollarlıq aktivini müsadirə etmək üçün son səy göstərir.
Poliqon xəbər verir ki, bu barədə Amerika administrasiyasının iki yüksək rütbəli məmuruna istinadən CNN telekanalı məlumat yayıb.
Baydenin köməkçiləri avropalı tərəfdaşları Avropa banklarındakı dondurulmuş Rusiya aktivlərinin 300 milyard dollara yaxın yeni eskrou -hesaba köçürməsinə dəstək verməyə inandırmağa çalışırlar ki, bu da yalnız sülh sazişinin bir hissəsi kimi blokdan çıxarıla bilər.
Yüksək rütbəli administrasiya rəsmilərindən biri deyib ki, aktivlərin dondurulması Moskvaya sadə bir mesaj göndərəcək: “Pulunuzu geri almaq istəyirsinizsə, gəlib danışmalı olacaqsınız”.
Telekanal vurğulayır ki, ələ keçirilən pulların Rusiyaya təzyiq etmək üçün yeni stimul verə biləcəyinə inanaraq, ümumilikdə bu strategiyanı dəstəkləyən Donald Trampın komandası ilə müzakirə edilib.
Eyni zamanda avropalılar narahatlığını bildirirlər ki, banklar Rusiya pullarını birbaşa müsadirə edərsə, bu, beynəlxalq hüququn pozulması olacaq.
CNN mənbələri bildirirlər ki, ABŞ-də hakimiyyət keçidinə sayılı günlər qalıb və Aİ bu ideyaya şübhə ilə yanaşır. Bu həm də Donald Trampın vəzifəyə başlamasından sonra hər hansı sövdələşməyə getməsini çətinləşdirə bilər.
Yanvarın 10-da Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, ölkə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən 3 milyard avro tranş alıb.
Poliqon.info