EN

Məktəblərdə mobil telefon qadağası təsdiqlənib

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən və konqresin qəbul etdiyi qanunu təsdiqləyib. 

"Cebheinfo.az" xəbər verir ki, qanunun qüvvəyə minməsi ilə həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq. Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun zəruri olduğunu və oxşar təcrübələrin digər ölkələrdə də həyata keçirildiyini bildirib. 

Vəzifəyə başladığı gündən etibarən nazirləri və digər rəsmiləri keçirdikləri görüşlərdə telefondan istifadə etməmələri ilə bağlı xəbərdarlıq etdiyini bildirən Lula da Silva, cib telefonlarının diqqəti yayındırdığını vurğuladı. Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər. 

2024-cü ilin oktyabrında Lokomotiv İnstitutu və “QuestionPro” tərəfindən aparılan sorğuya görə, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir. Uşaq və gənclərin sağlamlığına və təhsilinə mənfi təsirləri nəzərə alınaraq, 20 dekabr 2024-cü il tarixində Konqresdə keçirilən səsvermə nəticəsində ibtidai və orta məktəblərdə mobil telefondan istifadənin qadağan olunmasına dair tənzimləmə qəbul edilib. 

Chosen
3
7
cebheinfo.az

10Sources