EN

Qədir Xəlilov: Ümumilikdə 60-a yaxın gəncin qış düşərgəsində iştirakı sevindirici haldır

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Tərəfdaşlar ilə birgə keçirilən "Lex Camp" düşərgəsi məhz bu çərçivədədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov deyib. O qeyd edib ki, qış düşərgəsində müzakirə ediləcək mövzular həm nəzəri, həm də praktik formada öyrədiləcək: “Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etməyi planlaşdırır. Ümumilikdə 60-a yaxın gəncin qış düşərgəsində iştirakı isə olduqca sevindirici haldır”.

 

Chosen
8
azertag.az

1Sources