Radioloq açıqlayır
Ultrasəs müayinəsinə gəlməzdən öncə nələri bilmək lazımdır? Bu müayinə üçün ön hazırlıq mərhələsi varmı?
Bu sualları Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının radioloqu Jalə Parlanova nazirliyin rəsmi saytında cavablayıb.
Ultrasəs müayinələri düzgün istifadə olunduğu halda təhlükəsizdir. Bu müayinələr görünən vizual nəticələri yaratmaq üçün radiasiyadan yox, səs dalğalarından istifadə edir. Bu da, onların həm ana, həm də körpə üçün olmasını təmin edir. Əsas məsələ ultrasəsin tibbi məqsədlər üçün və peşəkar həkimlər tərəfindən aparılmasıdır. Bu, onun düzgün və effektiv istifadəsini təmin edir.
Bundan əlavə, müayinələr valideynlərə körpələri ilə emosional əlaqə qurmaq imkanı və körpənin ultrasəsdə hərəkətlərini izləmək imkanı verir. Bu görüşlər valideynlərə körpənin inkişafı barədə məlumat almağa, doğuma hazırlaşmağa və hər hansı narahatlıqlarını həkimlə müzakirə etməyə şərait yaradır, deyə radioloq Jalə Parlanova bildirib.
Həkim gəmçinin bu müayinəyə getmədən əvvəl diqqət edilməli məaqamlara da toxunub.
Hazırlıq ultrasəs növündən asılıdır. İlk ultrasəslər üçün maye qəbul edərək, sidik kisəsinin dolu olmasına nəzarət etmək məsləhət görülür. Anomaliya və böyümə skanları üçün isə adətən xüsusi hazırlıq tələb olunmur. Bununla yanaşı, ultrasəs müayinələrinin tamamilə ağrısız olduğunu xatırlamaq vacibdir, deyə radioloq bildirib, deyə Jalə Parlanova qeyd edib.