Rusiyanın əməkdar artisti, müğənni Valeri Meladzenin qızı Sofiya Meladzenin Moskvadakı restoranı bağlanıb.
News24.az Söz.az-a istinadən xəbər verir ki, restoranın xalis zərəri 30 milyon rubl təşkil edib.
Restoranın sosial şəbəkəsi dekabr ayından bəri yenilənmir və saytda qeyd olunan telefon nömrəsinə heç kim cavab vermir.