EN

“Aygünə vermək istəmədiniz, Röyanın mahnısını görməzdən gəldiniz” - Səidədən “İlin mahnısı”na tənqid

Müğənni Səidə Sultan qalmaqallı post paylaşıb.

OLAY yazır ki, o, instaqramda 106,3FM-in “İlin mahnısı” kimi Hissin “Best”ini seçməyini tənqid edib.  O bildirib ki, 2024-də bu ünvana həmin mahnıdan daha layiqli hitlər var idi:

“Dünən möhtəşəm xalq konsertində oldum. 106,3 FM “ilin mahnısı” mükafatını verdi. Sizcə,  nə qədər doğrudur ki, il ərzində 1,8 milyon olan mahnı “ilin mahnısı” adına layiq olsun. 

Əslinə qalsa, ilin mahnısı adına əsl layiq namizədləri sizə misal çəkim, qərarı siz verin. Elə biri “S.O.S”. Tutaq ki, Aygünə mükafatı vermək istəmədiniz, o zaman Röyanın “Zülmətəm”i necə oldu?! Bunu da görməzdən gəldiniz. Roza Zərgərlinin “İstədim”, mənim “Əydi qəddimi”, Günay İbrahimlinin “Mən beləyəm” mahnılarını da görmədiniz?! Mənə çox maraqlıdır ki, hansı kriteriyalara görə seçirsiniz?! Əgər mahnının il ərzində dinlənmə sayına görə seçirsinizsə, “Çini çaydan” mahnısı seçdiyiniz mahnıdan daha çox layiq idi”.

Chosen
19
5
olay.az

7Sources