EN

Ufada hava limanı müvəqqəti bağlanıb

Ufa hava limanında uçuşların gəliş-gedişinə məhdudiyyətlər tətbiq edilib.

Oxu24.com xəbər verir ki,bu barədə Rosaviasiya nümayəndəsi Artem Korenyako öz Telegram kanalında məlumat verib.

“Ufa hava limanında (ICAO kodu: UWUU) təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

“Mash” Telegram kanalının yazdığı kimi, “Xalça” planı Ufada pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən tətbiq edilib.

Moskva vaxtı ilə saat 10:15-də İjevsk hava limanında məhdudiyyətlər tətbiq edilib.

Yanvarın 14-də səhər saatlarında Rusiyanın Kazan, Saratov, Kaluqa, Tambov və digər şəhərlərinin hava limanları Ukrayna pilotsuz təyyarələrinin hücumlarından sonra təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edib.

Hücum nəticəsində, xüsusən də Saratov vilayətində iki müəssisə zərər görüb. Regionun qubernatoru Roman Busargin bildirib ki, heç kim xəsarət almayıb.

 

Nigar

 

Chosen
6
oxu24.com

1Sources