Bakı. Trend:
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmətəcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
Trend xəbərverir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, işin hallarına görə, məhkum İmişli RayonMəhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cümaddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığınməhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmlə zərərçəkmişşəxslərin mülki iddiaları təmin edilərək 5400 manat pulun və 17200manat pulun məhkum edilmiş şəxsdən alınıb zərərçəkmiş şəxslərəödənilməsi qərara alınıb.
Sonra məhkum ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərəkhökmə əsasən təmin edilmiş mülki iddianın bir dəfəyə ödənilməsiüçün maddi imkanının olmadığını, bu səbəbdən ödənilməli pulməbləğlərinin hissə-hissə icra olunması barədə qərar qəbuledilməsini xahiş edib. İmişli Rayon Məhkəməsinin qərarı iləməhkumun ərizəsi təmin edilməmiş və məhkəmə öz mövqeyini onunlaəsaslandırmışdır ki, cinayət-prosessual qanunvericlikdə mülkiiddianın hissə-hissə icra edilməsi ilə bağlı müddəa nəzərdətutulmamışdır və bu səbəbdən məhkumun müraciətinə baxılması mümkündeyil. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasınınqərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, qərardəyişdirilmədən saxlanılıb.
Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciətedib.
Ali Məhkəmə hesab edib ki, CPM-in 509.1.9 və 510.3-cü maddələriKonstitusiyanın 25 və 60-cı maddələrinin, eləcə də CPM-in 179.2 vəMPM-in 231-ci maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməlivə məhkumun məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddiaməbləğinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə iləmüraciət etmək hüququ tanınmalı, bu növ müraciətlərə baxılarkənişin halları ətraflı araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəməqərarlarının tam icrasına nail olmaq məqsədi ilə icra zamanı tətbiqedilməli olan prosedurların həyata keçilməsi ilə bağlı müraciətlərəhəssas yanaşılmalı, məhkumun maddi imkanı mülki iddia məbləğininbirdəfəyə ödənilməsinə imkan vermədiyi təqdirdə, qanuni qüvvəyəminmiş məhkəmə qərarlarının icrasız qalması nəticəsində yarananetimadsızlığın qarşısını almaq məqsədi ilə hissə-hissə icrainstitutunun tətbiqi məsələsi də müzakirə mövzusu olmalıdır.
Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayətkollegiyasının qərarına əsasən, məhkumun kassasiya şikayəti qisməntəmin edilib, apellyasiya məhkəməsinin qərarı məhkumun kassasiyaşikayətinə münasibətdə ləğv edilmiş və material Ali Məhkəməninqərarında ifadə olunmuş mövqeyə uyğun olaraq apellyasiyainstansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib.