8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 10.01.2025-ci il tarixində Göyçay rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların idarə edilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə bütün şöbələrin tibb bacılarına “Tibbi tullantıların idarə olunması“ mövzusunda ümumilikdə 27 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə iştirakçıların sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Ekologiya.az